- Saz aləti ilə tanışlıq
- Sazın quruluşu
- Sazla tanışlıq
- Sazda simlərin adları
- Çanaq üzərində simlərin düzülüşü
- Sazın kökləri
- Mizrab
- Sağ əlin düzgün vəziyyəti
- Sazın diapazonu
- Sazın qolunda pərdələrin ənənəvi adları
- Alt simlərdə sazın pərdələrinin düzülüşü
- Əl və barmaqların vəziyyəti
- Mizrabın vurulma qaydaları
- Sazı səsləndirərkən bədənin və əllərin vəziyyəti
- Saz ifaçısının sol əldəki barmaqların sıralanma qaydası
- Musiqi açarı və notlarla tanışlıq
- Notların ölçüsünə görə bölünmə qaydası
- Metr, ritm, xanə
- Temp
- Pauza
- Mizrab ilə ifa çalğısı: üst mizrabın vurulması
- Repriza
- Mizrab ilə ifa çalğısı: alt mizrabın vurulması
- Mizrab ilə ifa çalğısı: alt və üst mizrab ilə çalışma
- Barmaqların düzgün qoyulması
- Tremolo ifası üçün hazırlıq
- Alterasiya işarələri
- Onaltılıq notlarla çalışma
- Pozisiya
Müəlliflərdən
Qədim aşıq havalarının qorunub saxlanması ilə yanaşı bu ulu sənətin müasir zamanda daha da, inkişaf etdirliməsi və not üzrə tədrisi milli musiqimizin mühüm vəzifələrindəndir. «Saz məktəbi» bu alətin notla tədrisi üçün nəzərdə tutulmuş və digər xalq calğı alətləri (tar, kamança, balaban) üçün yazılmış metodiki tədris işlərinin xəttini davam etdirir.
Eyni zamanda dərslik müəllifləri Azərbaycan aşıq musiqisinin araşdırlmasında böyük əməyi olan musiqişünas alimlərin – Əminə Eldarova, Tariyel Məmmədov, Kəmalə Dadaşzadə və başqalarının tədqiqatlarından da faydalanmışlar.
Dərslikdə aşıq yaradıcılığının görkəmli nümayəndələrinin zəngin sənəti, xüsusilə də Milli Konservatoriyanın təşkil etdiyi ekspedisiyalarda görüşdüyümüz aşıqların çoxillik təcrübələri nəzərə alınmışdır. Bu səbəbdən biz, ustad sənətkarlara Şəadət Gülməmmədov (Aqstafa), Murad Niyazlı (Şəmkir), Əhməd Sadaxlı (Borçalı), Yusif Quliyev, İsfəndiyar Rüstəmov (Gədəbəy), Ədalət Nəsibov (Qazax), Mahmud Məmmədov (Tovuz), Mais Məmmədov (Gəncə), Yanvar Bədəlov (İsmayıllı), Dehqan (Urmiya) və Həsən İskəndəriyə (Təbriz) öz dərin təşəkkürümüzü bildiririk.
Dərslikdə ibtidai çalğı üsullarından tutmuş, bəstəkar əsərlərinə qədər rəngarəng ifa vərdişləri aşılanır. Bütün çalışmaların not əsasında öyrənilməsi həm ənənəvi, həm də yeni tipli saz ifaçılığının təlim və tərbiyəsinə yönəldilmişdir. «Saz aləti»nə qarşı canlı maraq oyatmaq məqsədilə dərslik rəsm və şəkillərlə, eləcə də müxtəlif not nümunələri ilə təmin olunmuşdur.
«Saz məktəbi»nin məzmunu və mövzuların ardıcıllaşması müəyyən metodiki prinsiplərə əsaslanır. Bilavasitə saz çalğısına keçməzdən əvvəl alətin quruluşu, simlərin, pərdələrin düzülüşü və köklənmə qaydaları əyani şəkildə təqdim olunur. Daha sonra müxtəlif texniki üsullar, yəni sol əl barmaqlarının işlənilməsi, mizrab vuruluşlarının növləri, pozisiyaların öyrədilməsi nəzərdə tutulur, dinamik işarələrin və melizmlərin (bəzək işarələri) icrasına aid məşğələlər verilir. Bütün bu ifaçılıq məziyyətlərini mənimsədikdən sonra şagirdlərə həm aşıq havalarının, həm də bəstəkar əsərlərinin tədrisi tövsiyyə olunur.
«Saz məktəbi» bu sahədə yazılmış ilk dərslik olduğundan, müəyyən cəhətlərin nəzərdən qaçırılması da mümkündür. Dərsliyin pedaqoji təcrübədə tədbiqi prosesində təcrübəli müəllimlərin arzu və təklifləri gələcək nəşrlərdə nəzərə alınacaq.
- I pozisiya
- II pozisiya
- III pozisiya
- IV pozisiya
- V pozisiya
- Dinamik işarələr
- Məşğələlər
- Etüdlər
- VI pozisiya
- VII pozisiya
- VIII pozisiya
- IX pozisiya
- Melizm işarələri
- Məşğələlər
- Etüdlər
- Baş kök
- Orta kök
- Sınıq alt-üst mizrab
- Sürtmə mizrab
- Şah kök
- Çoban bayatı kök
- Açıq kök
- Divani kök
- Baş kök
- Açıq kök
- Dilqəmi
- Opera Kərəmi
- Vanağzı
- Laçını
- Hicran Kərəmi
- Baş divani
- Gəraylı
- Misri
- Osmanlı divani
- İrəvanda xal qalmadı
- Cəlal Xallı
- Baş sarıtel
- Çoban bayatı
- Atüstü Kərəmi
- C.Quliyev. Karvan
- S.Ələsgərov. Aşıqvarı
- Ü.Hacıbəyov. «Koroğlu» operasından Aşıq mahnısı
- Qamma və arpeciolar